yük (karqo) manifesti

Hava gəmisi bortunda daşınan mallar haqqında məlumatları əks etdirən yük cədvəli

yük avtonəqliyyat vasitəsi
yükalan
OBASTAN VİKİ
Yük
Yük — daşınılan və nəql edilən əmtəə. Yüklər daşınma üsuluna görə ( dəniz, dəmir yolu, avtomobil, hava və s.), rejiminə görə (temperatur, rütubətlilik, və s. ), həmçinin qabaritlərə, gözlənilməz situasiya və s. görə fərqlənirlər. Həmçinin ballast da yük adlana bilər.
93 manifesti
93 manifesti 4 oktyabr 1914-cü ildə orijinalda "Mədəni Dünyaya" adını daşıyan, 93 alman alim,akademik və sənətkarın Birinci Dünya Müharibəsinin başlanğıc dövründə Almaniyanın hərbi əməliyyatlarına birmənalı olaraq dəstək verdiklərini bəyan edən sənəddir.Manifest ölkənin məktəb və universitetləri tərəfindən dəstəklənsə də,bir çox əcnəbi intellektuallar tərəfindən qəzəblə qarşılanmışdı. Vilhelm Förster sənədi imzalamasından çox keçməmiş peşman olmuş və tezliklə Georq Fridix Nikolayla birliklə Avropalılara Manifesti hazırladılar.Onlar " bütün millətlərin təhsilli adamlarının öz təsirlərini gələcək müharibələrin qarşısını almaq üçün sülhün şərtlərinə yönəltmələrini sadəcə yaxşı bir şey yox eyni zamanda zərurat olduğunu ,bu müharibənin bütün Avropa münasibətlərini eyni dərəcədə qeyri-sabit və plastik bir dövlətə qərq etməsi yerinə Avropadan üzvi bir bütövlük yaratmaq üçün istifadə edilməlidir. " fikirlərini ortaya atdılar.Müxtəlif insanlar bu fikirlərə rəğbət bəsləsə də yalnız Otto Buek və Albert Eynşteyn imzalamağa razı oldular və bu halda nəşr olunmamış vəziyyətdə qaldı.Lakin,daha sonra Eynşteyn tərəfindən işıq üzü gördü.1921-ci ildə The New York Times qəzetində çıxan bir hesabatda, sağ qalan 76 imzaçıdan 60-ı müxtəlif dərəcədə peşman olduqlarını dilə gətirmişdi.Hətta bəziləri imzaladıqlarını belə görmədiklərini iddia etmişdilər. == Mətn == == İmzaçılar == 93 imzaçı arasında Nobel mükafatı laureatları, sənətkarlar, həkimlər, fiziklər, kimyaçılar, ilahiyyatçılar, filosoflar, şairlər, memarlar və tanınmış universitet müəllimləri var. Adolf fon Bayer,Kimyaçı,1905-ci ildə Kimya üzrə Nobel mükafatı almışdır Peter Berens,memar və dizayner Emil fon Berinq Vilhelm fon Bode Alois Brandl Lujo Brentano Yustus Brinkman Yohannes Konrad Franz fon Defreqqer Riçard Demel Adolf Deysman Vilhelm Dörpfeld Fridrix fon Dun Paul Erliş Albert Erhard Karl Enqler Cerhard Esser Rudolf Eyken, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1908) Herbert Oylenberq Henrix Fink Emil Fişer,kimyaçı, 1902-ci il Kimya üzrə Nobel mükafatının laueratı Vilhelm Förster Lüdviq Fulda Eduard fon Qebhardt,rəssam Yan Yakob Mariya de Qrut Fris Haber,Kimya üzrə Nobel mükafatı laureatı (1918) Ernst Hekkel,alim və filosof, “ekologiya” termininin müəllifi. Maks Halbe Adolf fon Qarnak Karl Haumptman Gerhart Hauptman Qustav Helman Vilhelm Herman Andreas Heusler Adolf fon Qildebrand Lüdviq Hofmam,memar Engelbert Humperdink,Henzel və Qretelin bəstəkarı Leopold Qraf fon Kalkreyt Artur Kampf Fridrix Avqust fon Kaulbax,rəssam Teodor Kip Feliks Kleyn,Kleyn butulkasının yaradıcısı Maks Klinqer Aloïs Knoepfler Anton Kox Paul Laband Karl Lamprext Filipp Lenard,Fizika üzrə Nobel mükafatı laureatı (1905) Maksimilian Lenz Maks Liberman Franz fon List Lüdviq Manzel Yosef Mausax Georq fon Mayr Sebastiyan Merkle Eduard Meyer Henrix Morf Frifrix Nauman Albert Neysser Valter Nernst,Kimya üzrə Nobel mükafatı laureatı (1920) Vilhelm Ostvald,Kimya üzrə Nobel mükafatı laureatı (1909) Bruno Paul Maks Plank,Fizika üzrə Nobel mükafatı laureatı (1918) ALbert Plon Georq Reike Maks Reinhart Alois Ril Karl Robert Vilhelm Rentgen,Fizika üzrə Nobel mükafatı laureatı MaksRubner Fritz Şaper Adolf Şlatter Avqust Şmidlin Qustav fon Şmoller Reynhold Siberq Martin Span Frans fon Ştuk Herman Zuderman Hans Toma Vilhelm Trubner Karl Volmöller Riçard Foss Karl Fossler Ziqfrid Vaqner,Rixard Vaqnerin oğlu Vilhelm Valdeyer Avqust Vasserman Feliks Vaynqartner Teodor Viqand Vilhelm Vin Ulrix fon Vilamovits-Moellendorf Rixard Vilştetter,Kimya üzrə Nobel mükafatı laureatı (1915) Vilhelm Vindelband Vilhelm Vundt == Ədəbiyyat == Herbert Gantschacher "Warpropaganda and the manifesto of the Ninety-Three" in Herbert Gantschacher "VIKTOR ULLMANN ZEUGE UND OPFER DER APOKALYPSE - WITNESS AND VICTIM OF THE APOCALYPSE - Testimone e vittima dell'Apocalisse - Prič in žrtev apokalipse - Svědek a oběť apokalypsy" - Complete original authorized edition in German and English language with summaries in Italian, Slovenian and Czech language, ARBOS-Edition ISBN 978-3-9503173-3-6, Arnoldstein-Klagenfurt-Salzburg-Vienna-Prora-Prague 2015, səh 185.
Hakerin manifesti
Hakerin Manifesti (ing. The Conscience of a Hacker) — Haker Manifesti daha çox "The Mentor" ləqəbi ilə tanınan Amerikalı Lloyd Blenkenşip tərəfindən yazılmışdı. Manifesti yazan zaman Haker'ın 11 yaşı var idi və manifest yazıldıqdan sonra FBI tərəfindən həbs edilmişdi. Bu manifest dünyadakı ən məşhur "Haker Manifesti" olaraq qəbul edilmişdir və 8 Yanvar 1986-cı ildə Amerika Birləşmiş Dövlətlərində yayımlanmışdır. Manifesti hazırlayan kişinin məqsədi gerçək haker fəlsəfəsini və dünya anlayışını dünya xalqına və Dövlət Orqanlarına göstərmək və yayımlamaq idi. O gündən sonra "Haker Manifesti" digər bütün böyük Hakerlərin — örnək olaraq "Astalavista" və ya "CCC" (Chaos Computer Club) qruplarının tanıdığı bu idarəçiliyə Hakerlar uymaq məcburiyyətindədirlər. Bu idarəçiliyə sadəcə profesional Hakerlar deyil bütün həvəskar Hakerlar da uymağa çalışırlar. Manifest Haker etikasının əsasında duran sənədlərdən biri kimi hesab edilir. Haker Manifesti: Bugün bir digəri daha tutuldu, başdan başa bütün qəzetlərdə idi. "Kompüter cinayətindən gənc biri həbs edildi", "Bank təxribatından sonra haker tutuldu"...
Kommunist Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Poliperxon manifesti
Makedoniyalı İskəndərin özündən sonra qurduğu imperiyanı idarə edəcək həddi buluğa çatmış bir varisi yox idi. Yaranmış vəziyyət onun sərkərdələri (Diadoxlar) arsında hakimiyyət uğrunda mübarizəsinə səbəb oldu. Uzun mübahisələr və hərbi çəkişmələrdən sonra Perdikka sərkərdələr arasında ali hakim seçildi. Perdikka formal olaraq İskəndərin azyaşlı oğlunu hakimiyyəti idarə etməkdə əvəz edirdi. Lakin buna baxmayaraq Perdikkanın hökumət naibi seçilməsi heç də digər sərkərdələrin ürəyincə deyildi. Hadisələrin gedişi sonda sərkərdələr arasında e.ə. 301-ci ildə İps müharibəsinə gətirib çıxartdı. Diadoxlar dövrü bütün ellinist epoxasının (e.ə. IV-I əsrlər) ən əhəmiyyətli diplomatik münasibətləri özündə əks etdirir. Yunan tarixi boyu ellinist dövründə bu cür simmaxi və epimaxi (müdafiə və hücum etmək haqqında ittifaqlar) bağlanmamışdı.
Yük (1995)
== Məzmun == Film Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açır. == Festivallar və mükafatlar == 1)2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Aktyor Mirzə Ağabəyliyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film ömür yükünü ləyaqətlə daşımış Şahmar Ələkbərova həsr olunur. Film ssenari müəllifi Şahmar Ələkbərovun kinoda son işidir. Film Berlin Film Festivalında nümayiş etdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Şahmar Ələkbərov Quruluşçu rejissor: Rövşən Almuradlı Quruluşçu operator: Fikrət Hacı Abrek Quruluşçu rəssamlar: Adil Azay, Rafiq Nəsirov Bəstəkar: Eldar Mansurov Montaj: Nisə Hacıyeva Səs operatoru: Vladimir Savin Rejissorlar: Elman Şeydayev, Ötkəm İsgəndər Operatorlar: Rostislav Şamrayevski, Eldar Ağayev Geyim üzrə rəssam: Adil Azay Qrim üzrə rəssam: Elbrus Vahidov, Çingiz Paşayev Rejissor assistentləri: Ramiz Əbilbəyli, Elxan Emin Operator assistenti: Nəsir Ağayev Rəssam assistentləri: Şahin Həsənov Şahin Həsənli (rəssam) , Rövşən Mehdiyev, Xatirə Həsənova, Sakit Həsənov Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Montaj assistenti: Samirə Seyidbəyli Pirotexnik: Əlibala Məmmədov İşıq ustaları: Məhəmməd Hacıyev, Tahir Bağırov Redaktor: Orxan Fikrətoğlu Direktor müavinləri: Məhəmməd Ağabəyov, Tofiq Musayev, Çingiz Əliyev Filmin direktoru: Adil Qulamov Filmin Sponsoru: Mirzə Fərəcov Musiqi redaktoru: İsmayıl Dadaşov === Rollarda === Mirzə Ağabəyli-Ağa Musa Nağıyev Ağakişi Kazımov-Hacı Zeynalabdin Tağıyev Nahidə Orucova-Qulluqçu Kübra Püstə Əliyeva-Amaliya Loğman Kərimov-Xəfiyyə Məzahir Süleymanov-General Şubinski Zilli Namazov-Ələddin Nailə Əliyeva-Sona xanım Dilarə Nəzərova-Kazino şansonetkası Salam İsmayıl-Dərviş Telman Əliyev-Dükançı Mirbaba Xəlilov-Ağa Musanın evinə gələn Cəfər Namiq Kamal-Ağa Musanın evinə gələn Füzuli Məmmədov (aktyor)-Alverçi Zahid Qurbanov-faytoncu Novruz Cəfərov-Fəhlə Əlgüşad Rəhimov Akif Yusifov Q. Məmmədov S. Quliyev M. Ağayev Sabir Qurbanov-Səməd Mənsur Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Meyxanadakı adam İdris Rüstəmov-Meyxanadakı ziyalı H. İlyasov Kazım Abdullayev-Aktyor Bahar Abdullayeva Vaqif Əsədov-Dərviş İzaməddin Bağırov-dərviş Əli Əşari-Dərviş Vaqif Əliyev (II) Ə. Hüseynov Süleyman Zeynalov(S. Zeynalov kimi) K. Həsənov Eldar Mansurov-Şəmsi Əsədullayev Sevil Hacıyeva R. Rabinoviç İ. Yusipova Yelena Dostal E. Əhmədli E. Rüstəmov E. Atakişiyev Ə. Əliyev A. Məmmədov A. Əliyev Əjdər Zeynalov V. Əliyev Tatyana Xaymoviç Cabir Əmrahov Tofiq Bayramov-Qumarbaz Möhsün Hüseynxanlı(Mövsüm Hüseynxanlı kimi)-Qumarbaz Bəxtiyar Kərimov Fuad Əliyev (III)-Qumarbaz Ağarəfi Rəhimov-Qumarbaz Vaqif Rəsulov A. Məmmədov Məmməd Ələkbərov-Şuşa bəyi Dağlar Rüstəmov-Cahangir Zeynalov Kazım Həsənquliyev R. Əliyev R. Mustafayev Ayan Əsgərova Suad Qarayeva Ramal Ramizoğlu Kamal Almuradlı Cavidan Şeydayev Ötkəm İsgəndərov-Fotoqraf (titrlərdə yoxdur) Orxan Fikrətoğlu-Mirzə (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === İlham Əsgərov-Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov) (titrlərdə yoxdur) Səidə Quliyeva-Sona xanım (Nailə Əliyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Şəmsi Əsədullayev (Eldar Mansurov) (titrlərdə yoxdur) Rasim Balayev-Şeir deyən ziyalı (titrlərdə yoxdur) Nahidə Orucova-Amaliya (Püstə Əliyeva),Kazino şansonetkası (Dilarə Nəzərova) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yük maşını
Yük maşını ağır yük daşıyan bir mühərrikli nəqliyyat vasitəsidir. Avtomobil prinsipinə əsasən işlədikləri üçün texniki təsnifatda böyük bir yük avtomobili olaraq təyin olunurlar. Ümumiyyətlə Azərbaycan dilində beynəlxalq nəqliyyat daşımalarında istifadə olunan çox oxlu yük maşınlarına tır deyilir. Bu söz Azərbaycan dilinə TIR müqaviləsinə görə, TIR plitələrini daşıyan və beynəlxalq daşımaları aparan uzun yük maşınlarından keçmişdir.
Yük təyyarəsi
Yük təyyarəsi və ya nəqliyyat təyyarəsi — sərnişindən çox yük daşımaq məqsədi ilə hazırlanmış tərpənməz qanadlı bir hava gəmisidir. Sərnişin təyyarələrində olan rahatlıqın olmadığı yük təyyarələri, yükün boşaldılması və yüklənməsi işləri üçün bir və ya birdən çox böyük qapılara malikdir. Yük təyyarələri hava kargo daşıyıcısı olan şirkətlər, sivil vətəndaşlar və ya müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur.
121-lər manifesti
121-lər manifesti (fr. Manifeste des 121, tam başlıq:fr. Déclaration sur le droit à l’insoumission dans la guerre d’Algérie, ing. Declaration on the right of insubordination in the Algerian War, azərb. Əlcəzair müharibəsində tabe olmama haqqı bəyannaməsi‎) - 121 ziyalı tərəfindən imzalanmış, 6 sentyabr 1960-cı ildə Vérité-Liberté jurnalında dərc edilmiş açıq məktubdur. Fransız hökümətini, Qollçu Mişel Debreni və ictimaiyyətini Əlcəzair İstiqlaliyyət müharibəsini qanuni istiqlaliyyət müharibəsi olaraq tanımağa çağırmışdır. Fransız ordusunun işğəncələrini qınayan, Fransa dövlət məmurlarını vicdani rəddə (siyasi, əxlaqi və ya dini səbəblərə görə hərbi xidmətdən boyun qaçırmaq) hörmət etməyə dəvət edən açıq məktubdur.Bəyannamı Dionys Maskolo, Maurise Blanşot və Jan Şüster tərəfindən hazırlanmışdır.
I Pyotrun manifesti
I Pyotrun manifesti — Rusiya imperatoru I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü zamanı Azərbaycan dilində yürüşün "məqsədləri" ilə bağlı yerli əhaliyə müraciətinin əks olunduğu sənəd. == XVIII əsrin əvvəllərində Rusiya-Səfəvi münasibətlərinin kəskinləşməsi == Səfəvi dövləti XVII əsrin sonları - XVIII əsrin əvvəllərində gərgin dövr yaşayırdı. Şah Sultan Hüseyn (1694-1722) dövləti böhrandan çıxarmaq üçün ciddi tədbirlər həyata keçirə bilmədi. Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması də ağırlaşdı. Dövləti üsyanlar bürüdü. 1719-cu ildə Şirvanda başlayın üsyanlardan birinə Müşkür mahalından olan Hacı Davud başçılıq edirdi. 1720-ci ildə Xudatı və Şabranı ələ keçirən Hacı Davud Səfəvilərə qarşı mübarizədə Rusiyaya müraciət etdi, lakin I Pyotr onu cavabsız qoydu. Qazıqumuqlu Surxay xandan kömək alan Hacı Davud 1721-ci ildə Şamaxını mühasirəyə aldı və onu tutdu, buradakı rus tacirlərini qarət etdi. Burada yarım müstəqil siyasi qurum - Şirvan xanlığı yaradan Hacı Davud kömək üçün Osmanlı dövlətinə müraciət etdi. Qəndəhar vilayətində gilzay tayfalarının çıxışları da Səfəvilərin paytaxtı İsfahan şəhərinin ələ keçirilməsi ilə nəticələndi.
Kommunist Partiyasının Manifesti
Kommunist Partiya Manifesti (alm. Das Manifest der Kommunistischen Partei‎) — Karl Marks və Fridrix Engels tərəfindən 1848-ci ildə yazılmış siyasi əsərdir. 1848-ci il inqilabları başlamaq ərəfələrində Kommunist Birliyi tərəfindən ilk olaraq Londonda nəşr edilmiş Manifest, sonradan dünyanın ən nüfuzlu siyasi sənədlərindən biri olaraq tanınmışdır. Kommunizmin potensial gələcək formalarını proqnozlaşdırmaqdansa, sinfi mübarizəyə (tarixi və gələcəktə olacaq) və kapitalizm və kapitalist istehsal nizamlarına analitik bir yanaşma təqdim edir. Kommunist Manifesti, Marks və Engelsin cəmiyyətin və siyasətin mahiyyətinə dair nəzəriyyələrini ümumiləşdirir, yəni öz sözləri ilə "[o] indiyə qədər mövcud cəmiyyətin tarixi sinif mübarizələrinin tarixidir". Eyni zamanda dövrün kapitalist cəmiyyətinin sonda sosializmlə əvəz olunacağı ilə bağlı fikirlərini də qısa şəkildə əks etdirir. Manifestin sonuncu bəndində müəlliflər dünyada mövcud olan bütün mövcud sosial şərtləri zorla devirməyə çağırırlar. Bu bütün dünyada kommunist inqilablarına çağırışına xidmət etdi. 2013-cü ildə Kommunist Manifesti, Marksın Kapital I cildi ilə birlikdə UNESCO-nun Dünya Yaddaş Proqramında qeydiyyata alındı. == Məzmunu == Kommunist Manifesti preambula və dörd hissəyə bölünür, bunların sonuncusu qısa nəticədir.
Əlcəzair xalqının manifesti
"Əlcəzair xalqının manifesti" — 10 fevral 1943-cü ildə Fərhad Abbas tərəfindən yayımlanmış, "Əlcəzair milləti" üçün yeni statusun verilməsini tələb edən və 28 seçilmiş müsəlman səlahiyyətlisi tərəfindən imzalanmış manifest.Manifest müstəmləkəçiliyi pisləyir və Əlcəzair xalqının özünü idarə etmək hüququnu təsdiq edir. Burada irqindən və dinindən asılı olmayaraq bütün insanların azadlıq və bərabərliyinə təminat verən konstitusiya layihəsinin hazırlanmasını, ərəb dilinin fransız dili ilə eyni statusa malik rəsmi dil kimi tanınmasını, kilsə ilə dövlətin ayrılması ilə dini etiqad azadlığı tələb edilir. Manifestin əlavə hissəsi müharibənin sonunda Əlcəzair Məclisinin yaradılmasını tələb edir.Mətn həm Məssali Hacının, həm də Fərhad Abbasın davamçılarının nailiyyətlərini təcəssüm etdirir. Bu, Bencamin Storanın ifadəsinə görə, Əlcəzair xalqının siyasi əksəriyyətini müəyyən edir.
Bir Müəllimin Manifesti
Bir Müəllimin Manifesti - ADA Universiteti və ADA Qazax Mərkəzi tərəfindən Azərbaycanının regionlarında ümumtəhsil müəssisələrində işləyən müəllimlər üçün təklif edilən ixtisasartırma proqramıdır. Proqramın tədrisi Azərbaycanda ADA Qazax Mərkəzi və ADA Universitetində, Amerika Birləşmiş Ştatlarında isə ADA Universitetinin Vaşinqton Mərkəzində həyata keçirilir. Proqramın məqsədi nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaqdır. == "Bir Müəllimin Manifesti" proqramının elan olunması == 11 may 2021-ci ildə ADA Universiteti Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında tədbir keçirdi və “Bir Müəllimin Manifesti” təşəbbüsünü təqdim etdi. Tədbirdə Azərbaycanın müxtəlif regionlarından gələn müəllimlər, məktəb direktorları və tanınmış ziyalılar iştirak etdilər. Tədbirdə çıxış edən ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd Qori Seminariyasının Azərbaycan şöbəsi və Qazax Müəllimlər Seminariyasının tarixindən danışdı. Qalib Məmməd ADA Universitetinin ABŞ-dakı Mərkəzinin də “Bir Müəllimin Manifesti” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak edəcəyini qeyd etdi. Daha sonra ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirdi ki, ADA Universiteti ölkəmizdə yüksək ixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir Müəllimin Manifesti”ni elan edir. Amerika Azərbaycanlıları Cəmiyyətinin prezidenti Tomris Azəri Seminariya binasının bərpası prosesində Cəmiyyətin ADA Universitetinə dəstək olacağını vurğuladı. Yekun sözlə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncamın əhəmiyyətini vurğuladı və bu işə hər cür dəstək göstərəcəyini vəd etdi.
Bakı yük terminalı
Bakı yük terminalı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdakı bütün müasir tələblərə cavab verən yük terminalı. MDB-də ən iri yük terminalından biridir. Sahəsi 163,000 m². 2005 il martın 23-də açılmışdır. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev və Lüksemburqun mülki aviasiyasının direktoru Henri Klyayna iştriak edib.
Pikap yük maşını
Pikap yük maşını, icazə verilən maksimum yükü 3500 kq-dan çox olmayan yüklərin daşınması üçün hazırlanmış bir mühərrikli nəqliyyat vasitəsidir.
Yük (film, 1995)
== Məzmun == Film Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açır. == Festivallar və mükafatlar == 1)2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Aktyor Mirzə Ağabəyliyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film ömür yükünü ləyaqətlə daşımış Şahmar Ələkbərova həsr olunur. Film ssenari müəllifi Şahmar Ələkbərovun kinoda son işidir. Film Berlin Film Festivalında nümayiş etdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Şahmar Ələkbərov Quruluşçu rejissor: Rövşən Almuradlı Quruluşçu operator: Fikrət Hacı Abrek Quruluşçu rəssamlar: Adil Azay, Rafiq Nəsirov Bəstəkar: Eldar Mansurov Montaj: Nisə Hacıyeva Səs operatoru: Vladimir Savin Rejissorlar: Elman Şeydayev, Ötkəm İsgəndər Operatorlar: Rostislav Şamrayevski, Eldar Ağayev Geyim üzrə rəssam: Adil Azay Qrim üzrə rəssam: Elbrus Vahidov, Çingiz Paşayev Rejissor assistentləri: Ramiz Əbilbəyli, Elxan Emin Operator assistenti: Nəsir Ağayev Rəssam assistentləri: Şahin Həsənov Şahin Həsənli (rəssam) , Rövşən Mehdiyev, Xatirə Həsənova, Sakit Həsənov Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Montaj assistenti: Samirə Seyidbəyli Pirotexnik: Əlibala Məmmədov İşıq ustaları: Məhəmməd Hacıyev, Tahir Bağırov Redaktor: Orxan Fikrətoğlu Direktor müavinləri: Məhəmməd Ağabəyov, Tofiq Musayev, Çingiz Əliyev Filmin direktoru: Adil Qulamov Filmin Sponsoru: Mirzə Fərəcov Musiqi redaktoru: İsmayıl Dadaşov === Rollarda === Mirzə Ağabəyli-Ağa Musa Nağıyev Ağakişi Kazımov-Hacı Zeynalabdin Tağıyev Nahidə Orucova-Qulluqçu Kübra Püstə Əliyeva-Amaliya Loğman Kərimov-Xəfiyyə Məzahir Süleymanov-General Şubinski Zilli Namazov-Ələddin Nailə Əliyeva-Sona xanım Dilarə Nəzərova-Kazino şansonetkası Salam İsmayıl-Dərviş Telman Əliyev-Dükançı Mirbaba Xəlilov-Ağa Musanın evinə gələn Cəfər Namiq Kamal-Ağa Musanın evinə gələn Füzuli Məmmədov (aktyor)-Alverçi Zahid Qurbanov-faytoncu Novruz Cəfərov-Fəhlə Əlgüşad Rəhimov Akif Yusifov Q. Məmmədov S. Quliyev M. Ağayev Sabir Qurbanov-Səməd Mənsur Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Meyxanadakı adam İdris Rüstəmov-Meyxanadakı ziyalı H. İlyasov Kazım Abdullayev-Aktyor Bahar Abdullayeva Vaqif Əsədov-Dərviş İzaməddin Bağırov-dərviş Əli Əşari-Dərviş Vaqif Əliyev (II) Ə. Hüseynov Süleyman Zeynalov(S. Zeynalov kimi) K. Həsənov Eldar Mansurov-Şəmsi Əsədullayev Sevil Hacıyeva R. Rabinoviç İ. Yusipova Yelena Dostal E. Əhmədli E. Rüstəmov E. Atakişiyev Ə. Əliyev A. Məmmədov A. Əliyev Əjdər Zeynalov V. Əliyev Tatyana Xaymoviç Cabir Əmrahov Tofiq Bayramov-Qumarbaz Möhsün Hüseynxanlı(Mövsüm Hüseynxanlı kimi)-Qumarbaz Bəxtiyar Kərimov Fuad Əliyev (III)-Qumarbaz Ağarəfi Rəhimov-Qumarbaz Vaqif Rəsulov A. Məmmədov Məmməd Ələkbərov-Şuşa bəyi Dağlar Rüstəmov-Cahangir Zeynalov Kazım Həsənquliyev R. Əliyev R. Mustafayev Ayan Əsgərova Suad Qarayeva Ramal Ramizoğlu Kamal Almuradlı Cavidan Şeydayev Ötkəm İsgəndərov-Fotoqraf (titrlərdə yoxdur) Orxan Fikrətoğlu-Mirzə (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === İlham Əsgərov-Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov) (titrlərdə yoxdur) Səidə Quliyeva-Sona xanım (Nailə Əliyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Şəmsi Əsədullayev (Eldar Mansurov) (titrlərdə yoxdur) Rasim Balayev-Şeir deyən ziyalı (titrlərdə yoxdur) Nahidə Orucova-Amaliya (Püstə Əliyeva),Kazino şansonetkası (Dilarə Nəzərova) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yük maşını yarışı
Yük maşını yarışları, yük maşınları ilə həyata keçirilən bir motorsport növüdür. Avropa Yük Maşınları Yarışı Çempionatı (EHRC) Almaniyanın Nürburgring və Fransanın Le Mans kimi dünyanın ən məşhur motorsport dövrələrində keçirilir. ABŞ-də Craftsman Yük Maşınları Seriyası Yarışları, 400 millik yarışları izləmək üçün ölkənin hər yerindən izdiham yığır. == Vacib məlumatlar == Avropa yük maşını yarışları 1980-ci illərdə başladığında, normalda yollarda işləyən nəqliyyat vasitələrindən istifadə edilmişdir. Craftsman Yük Maşınları Seriyası Yarışları, 1995-ci ildən başlanmışdır. Yarış üçün nəzərdə tutulmuş yük maşınları 161 km/saat sürətə Porsche 911 idman avtomobilindən daha sürətli çatır. Bir yük maşını üçün minimum çəki 5500 kq-dır. Təhlükəsizliyə görə 161 km/saat sürət həddi mövcuddur.
Bir gəncin manifesti (roman)
"Bir gəncin manifesti" — Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin romanı. 1938-ci ildə yazılıb. == Tarixi == İlk dəfə 1937–1939-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri yazıçının həyatında böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və müəllifə böyük oxucu auditoriyası qazandırmışdı. Mir Cəlal Paşayevin 1939-cu ildə yazdığı "Bir gəncin manifesti" əsəri onun yaradıcılığının kulminasiyası, zirvəsidir! 1940-cı ildə "Uşaqgəncnəşr"də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilmişdir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş "Bir gəncin manifesti" Azərbaycanın hüdudlarından kənarda da müxtəlif dillərdə çap olunmuşdur. == Haqqında == "Bir gəncin manifesti"ndə Mir Cəlal Paşayev geniş xalq kütlələrinin mübarizə ruhunu düzgün təsvir etmiş, həyatı olduğu kimi göstərmişdir. "Bir gəncin manifesti" romanı həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. XX əsr Azərbaycanədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir. "Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir.
Yük açmanın xüsusi avtomatikası
YAXA (Yük açmanın xüsusi avtomatikası) — yük açmanın xüsusi avtomatikası. == Ümumi məlumat == İki enerji sistemi və enerji sistemin hissələrini əlaqələndirən xətlərdən birinin qəza açılması zamanı yerdə qalan xətlərdə aktiv gücün yolverilməz artımı baş verə bilər. Enerji sistemi bölmədən və generasiya olunan gücü açmadan dayanıqlığı qorumaq üçün enerji sistemin qəbuledici hissəsində yüklərin qısamüddətli avtomatik açılması effektiv vasitələrdən biridir. Bu funksiyanı YAXA yerinə yetirir. == YAXA-nın işi == YAXA-nın işəsalıcı faktoru onun quraşdırıldığı 110–220 kV-luq obyeklərin şinlərində gərginliyin aşağı düşməsidir. Əlavə faktorlar kimi, bir və ya bir neçə xəttin açılması nəzərdə tutula bilər (əvvəlki gücə nəzarət etməklə və ya etmədən). Əlavə işəsalıcı faktorların seçilməsində çətinlik olduğu istisna hallarda, YAXA-nın işi qısaqapanma səbəbindən gərginliyin azalması zamanı bloklanmaqla yerinə yetirilir (qısaqapanma zamanı təsir etmir). Qaydalara görə, YAXA-nın təsirindən daha çox güc tələb edən, lakin texnoloji prosesin xarakterinə və dərəcəsinə görə az əhəmiyyətli yüklər açılır. YAXA işləyən zaman ATQ-yə qadağa qoyulmalıdır. Qidalanmanın sonrakı bərpası operativ personal tərəfindən həyata keçirilir.
Avropa Yük Maşınları Yarışı Çempionatı
FIA Avropa Yük Maşınları Yarışı Çempionatı ― Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təsdiqlənmiş və ETRA Promotion GmbH tərəfindən təşkil edilən tırlar üçün nəzərdə tutulmuş motorsport növündə olan yol yarışları seriyasıdır. == Çempionlar == === 1985–1993 === === 1994–2005 (FIA European Cups) === === 2006–indiyə qədər (FIA Avropa Çempionatı) === ==== Goodyear Yük Maşınları Kuboku ==== 2017-ci ildən seriya müntəzəm sürücülər çempionatı çərçivəsində Goodyear Yük Maşınları Kuboku yarışlarını keçirməyə başlamışdır.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
башлы́к гельминто́лог межсосло́вный не ве́чен обшто́пывать протащи́ть трамбова́ние трубкожи́л гро́мко обмуро́вка по-правосла́вному шапар Andes endlong gob hydrofluoric pupil regorge volatile women's-libber гуано довыборы зверинец пересохнуть промаслить